...

Azərbaycanda il ərzində inflyasiya 4,4 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2010 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir N.İsmayılova/

İstehlak məhsullarının qiymətləri və xidmətlərin tarifləri 2010-cu ilin aprelində ötən aya nisbətən dəyişməz qalıb, yanvar-aprel aylarında isə ötən ilin analoji dövrü ilə müqayisədə 4,4% artıb. Bu barədə cümə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ərzaq məhsulları aprel ayında 0,1% bahalaşıb, qeyri-ərzaq məhsulları 0,3% ucuzlaşıb, xidmətlər üçün olan tariflər isə əvvəlki səviyyədə qalıb.

2009-cu ilin yanvar-aprel ayları ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 3,5%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6%, xidmətlər sahəsində tariflər isə 8,3% artıb.

Apreldə mövsümi dəyişikliyə məruz qalan məhsul (meyvə və tərəvəz) və xidmətlər çıxılmaqla, istehlak qiymətlərinin baza indeksi və dövlət tərəfindən tənzimlənən qiymətlər əvvəlki ayla müqayisədə 99,8 faiz, 2009-cu ilin yanvar-aprel aylarından illik hesablamada isə 101,9 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti