...

Baku Electronics yeni, möhtəşəm mağazasının qapılarını rəsmi şəkildə açdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2010 10:49 (UTC +04:00)
Bir neçə gün öncə Azərbaycanın məişət texnikası satışı üzrə lideri Baku Electronics Naxçivani küçəsi 3066-cı məhəllə ünvanında yerləşən yeni, möhtəşəm mağazasının qapılarını rəsmi şəkildə açdı. Fünya standartları səviyyəsində inşa və dizayn edilmiş bu geniş məkanda şirkət rəsmi distribyutoru olduğu bütün məşhur dünya brendlərini- Samsung, Siemens, Tefal, Whirlpool, Thomas və onlarla digərini, layiqincə təmsil etməyə nail olmuşdur. Eyni zamanda, şirkət təmsil etdiyi digə bir məşhur brend- Linea Decor mətbəx mebellərini də geniş həcmdə və olduqca gözəl, funksional dəstləri ilə satışa təqdim etməyi bacarmışdır.
Baku Electronics yeni, möhtəşəm mağazasının qapılarını rəsmi şəkildə açdı (FOTO)

Bir neçə gün öncə Azərbaycanın məişət texnikası satışı üzrə lideri Baku Electronics Naxçivani küçəsi 3066-cı məhəllə ünvanında yerləşən yeni, möhtəşəm mağazasının qapılarını rəsmi şəkildə açdı. Dünya standartları səviyyəsində inşa və dizayn edilmiş bu geniş məkanda şirkət rəsmi distribyutoru olduğu bütün məşhur dünya brendlərini- Samsung, Siemens, Tefal, Whirlpool, Thomas və onlarla digərini, layiqincə təmsil etməyə nail olmuşdur. Eyni zamanda, şirkət təmsil etdiyi digər bir məşhur brend- Linea Decor mətbəx mebellərini də geniş həcmdə və olduqca gözəl, funksional dəstləri ilə satışa təqdim etməyi bacarmışdır.

Vaxtilə Bakıda sadəcə kiçik bir mağaza ilə fəaliyyətə başlayan Baku Electronics, hal-hazırda ölkə üzrə 50-dən çox mağaza və nümayəndəliklərə sahibdir. Bu yeni açılan mağazanın isə istər təqdim olunan malların çeşidi, istərsə də xidmət baxımından daha mükəmməl olacağına şübhə yoxdur. Bunu açılış mərasiminə qatılan Samsung, Siemens, Linea Decor şirkətlərinin səlahiyyətliləri, mərasimin fəxri qonağı- Cənubi Koreyanın ölkəmizdəki səfiri- cənab Çi Ha Li və digər natiqlər də öz çıxışlarında xüsusilə vurğuladılar.

Baku Electronics-in daxil olduğu NAB Holdinq-in genel müdiri cənab Can Öztürk isə açılış nitqində şirkətin bütün çoxillik partnyorlarına, sadiq müştərilərinə və təşrif buyurmuş qonaqlara özəl təşəkkürünü və inkişaf edən Bakımıza yaraşan belə bir mağazanın açıldığından qürur hissi keçirdiyini qeyd etdi.

Biz isə öz növbəmizdə, bu müasir mağazanın qapılarının bütün müştərilərin üzünə açıq olduğunu vurğulayır və bildirmək istəyirik ki, siz yalnız malların sayından, rəngarəgliyindən deyil, qiymətlərin münasibliyindən də heyrətlənəcəksiniz.

Xəbər lenti

Xəbər lenti