...

Yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə ixrac olunan malların böyük hissəsini yanacaq təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2010 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Ü.İsmayılova/

Yanvar-aprel ayları ərzində MDB ölkələrindən Azərbaycana 0,598 milyard dollar dəyərində mal idxal olunub ki, bu da ölkənin ümumi idxalının 33,96 faizini təşkil edir. Bu barədə şənbə günü Dövlət Gömrük Komitəsindən yayılan məlumatda deyilir.

MDB ölkələrindən Azərbaycana gətirilib: taxıl (ümumi idxalın 33,35 faizi), quru nəqliyyat vasitələri (9,93 faiz), avadanlıq və mexaniki alətlər (12,4 faiz), qara metal (10,84 faiz), tütün və tütün məhsulları (6,71 faiz) və b.

Azərbaycandan MDB ölkələrinə ixrac olunan malların məbləği 5,95 milyard dollar təşkil edib (ümumi ixracın 9,53 faizi)

MDB ölkələrinə əsasən yanacaq, neft məhsulları, bitumlu minerallar (ümumi ixracın 52,36 faizi), meyvələr (1,9 faiz), heyvan və bitki yağları (10,56 faiz), gəmilər, qayıqlar və digər üzücü vasitələr (19,88 faiz) ixrac olunub.

MDB ölkələri ilə idxal-ixrac əməliyyatları üzrə 3,073 milyon dollar məbləğində mənfi saldo yaranıb.

Xəbər lenti

Xəbər lenti