...

Yanvar-aprel aylarında Azərbaycanda tikinti işlərinin həcmi 18 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2010 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Ü.İsmayılova/

Yanvar-aprel aylarında Azərbaycanda 958,7 milyon manat həcmində tikinti işləri həyata keçirilib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 18 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi şənbə günü məlumat verib.

Xüsusilə də dövlət sektorunda tikinti işlərinin həcmi 307,1 milyon manat, özəl sektorda isə 651,6 milyon manat təşkil edib.

Tikinti işlərinin ümumi həcminin 675 milyon manatı və ya 70,4 faizi ilkin tikintinin, yenidənqurma və genişləndirmə işlərinin, 183,2 milyon manat və ya 19,1 faiz əsaslı təmirin, 55,6 milyon manat və ya 5,8 faiz cari təmirin, 44,9 milyon manat və ya 4,7 faiz digər tikinti işlərinin payına düşür.

Yanvar-aprel aylarında Azərbaycanın tikinti sektorunda 55,5 min nəfər fəaliyyətə cəlb olunub. Nominal səviyyədə tikinti sektorunda ödəmələr 479,2 manat təşkil edib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 9,4 faiz çoxdur. Böyük və orta tikinti şirkətlərində nominal ödəmələr 525,2 manat, dövlət şirkətlərində isə 344 manat təşkil edib.

Mayın 15-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti