...

Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin sayı artıb - Dövlət Statistika Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2010 15:35 (UTC +04:00)

Аzərbaycan, Bakı, 15 may /Trend, müxbir Ü.İsmayılova/

Mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin sayı il ərzində 0,3 faiz artaraq 4 335,2 minə çatıb. Şənbə günü Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumatda belə deyilir. Onlardan 4 075,6 mini ölkənin müxtəlif iqtisadi və sosial sahələrində fəaliyyət göstərir.

Şəxsi müqavilələr əsasında işləyən əcnəbilərin sayı aprelin 1-nə 6 386 nəfər təşkil edib, onlardan 6012-si kişi, 374-ü isə qadındır. Ötən ilin analoji dövründəki nəticələrə görə, ölkədə işgüzar miqrantların sayı beş min nəfər təşkil edib.

Əcnəbilərin ümumi sayından 2178-i hasilat sənayesində, 2165-i tikinti, 542-si emal müəssisələri, 282-si təhsil sahəsində, 276-sı topdan və pərakəndə satış, avtomobil və motosiklet təmiri obyektlərində, 135-i nəqliyyat və anbar təsərrüfatı, 133-ü maliyyə və sığorta sahəsində, 11-i rabitə və informasiya texnologiyaları sahəsində, 72-si peşəkar, elmi və texniki, 66-sı əhaliyə sosial və tibbi xidmət sahəsində, 36-sı daşınmaz əmlak alqı-satqısında, 204 nəfər isə digər əmək sahələrində fəaliyyət göstərirlər.

Mayın 1-nə rəsmi şəkildə işsizlik statusu almış şəxslərin sayı 40,5 min nəfər təşkil edib ki, onlardan 43,6 faizi qadınlardır. Azərbaycanda bir vakant iş yerinə beş nəfər düşür. İşsizliyə ayrılan vəsaitin orta ölçüsü isə 162,9 manat təşkil edir.

Azərbaycanda birinci rübün nəticələrinə görə, 17 017 yeni, o cümlədən 12 578 daimi iş yeri açılıb. 2009-cu ilin yanvar ayından 2010-cu ilin aprel ayına qədər ümumilikdə 90 630 yeni, həmçinin 67 093 daimi iş yeri açılıb.

Yanvar-mart aylarında açılmış yeni daimi iş yerlərinin 14,9 faizi yeni, 16,2 faizi fəaliyyətdə olan, 0,7 faizi isə öz fəaliyyətini dayandıran müəssisə və təşkilatlar, 68,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılan iş yerləridir.

Mayın 15-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti