...

Dünya Bankı Azərbaycanda yol layihəsinin son dəyərini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2010 11:05 (UTC +04:00)
Dünya Bankının Bakı - Şamaxı - Muğan avtomobil yolunun ikizolaqlıdan dördzolaqlıya qədər genişləndirilməsi layihəsinin ümumi dəyəri (üçüncü magistral avtomobil yolu) 356,15 dollar təşkil edir, - bankın Bakıdakı nümayəndəliyindən bildiriblər.

Аzərbaycan, Bakı, 18 may  /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının Bakı - Şamaxı - Muğan avtomobil yolunun ikizolaqlıdan dördzolaqlıya qədər genişləndirilməsi layihəsinin ümumi dəyəri (üçüncü magistral avtomobil yolu) 356,15 dollar təşkil edir, - bankın Bakıdakı nümayəndəliyindən bildiriblər.

Layihənin Dünya Bankının direktorları tərəfindən təsdiqi mayın 25-də gözlənilir.

"Bank layihənin maliyyələşdirilməsinə qarışıq kredit növündə 241,6 milyon dollar ayıracaq (daha əvvəl 246 milyon dollar hesablanıb, lakin sonra kreditin həcmi, hətta 234 milyon dollaradək azaldılıb), həmin həcmin 70 milyon dolları 2010-cu maliyyə ilində Azərbaycana Beynəlxalq İnkişaf Assosiasiyasının faizi hesabına güzəştli şərtlərlə veriləcək. 171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının vəsaitləri hesabına veriləcək. Qalan vəsaitlər dövlətin layihədəki iştirakının payına düşür. Layihənin ümumi dəyəri, ƏDV xaric, 302 milyon dollar təşkil edir; əvvəlcə isə bu məbləğ 296 milyon dollar nəzərdə tutulmuşdu. ƏDV daxil layihənin qiyməti 350 milyon dollardır.

Həmin yol layhəsinin rəhbəri Jak Bürenin başçılıq etdiyi DB missiyası danışıqlarda iştirak etmək üçün aprelin 5-dən 9-dək Bakıda olub.

Bakı - Şamaxı - Muğan yolunun uzunluğu 122 kilometr təşkil edir ki, bunun da 101 kilometri müzakirə olunan layihə çərçivəsində inşa ediləcək, yolun qalan hissəsi isə artıq inşa olunub. Nəqliyyat Nazirliyindən yayılan məlumata görə, yolun çəkilməsi üzrə layihə barədə işlər başa çatıb.

Öncədən təsdiq olunmuş layihənin şərtlərinə əsasən, Bakı - Şamaxı - Muğan yolunun inşası üçün büdcədən 90,11 mln dəyərində məbləğ ayrılıb. Əvvəlcə tikinti işlərinin72,09 mln  dolları Dünya Bankı tərəfindən, 18,02 mln dolları isə Azərbaycan tərəfindən maliyyələşdiriləcək.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bankla əməkdaşlıq dövründə respublikaya 47 layihənin maliyyələşdirilməsi üçün 2,5 milyard dollar məbləğində kreditin verilməsi təqdir edilib. Yalnız 2008-ci maliyyə ilində bank tərəfindən 13 layihənin maliyyələşdirilməsi üçün 1,251 milyard dollar ayrılıb. Növbəti iki il ərzində (2009-2010) Dünya Bankı iqtisadi şərtlərlə bağlı,  Dünya Yenidənqurma və İnkişaf Bankının xətti üzrə ölkəmizə bir milyard dollardan çox məbləğ ayırmağa hazır olduğunu bildirib. Bununla belə, bank bu günə qədər Azərbaycanda layihələri imtiyazlı şərtlərlə maliyyələşdirməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti