...

Azərbaycanın nəqliyyat sektoru yükdaşımaların həcmini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2010 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

Yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat sektorunda 59,3 milyon ton müxtəlif yüklər daşınıb ki, bu da 2009-cu ilin yanvar-aprel aylarında olduğundan 2,4 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi bildirib.

Yanvar-aprel aylarında daşınan yüklərin ümumi həcminin 72,3 faizi özəl sektorun payına düşür. Bu ilin yanvar-aprel aylarında yüklərin ümumi həcminin 48,4 faizi avtomobil nəqliyyatı ilə, 34,1 faizi boru kəmərləri, 11,3 faizi dəmiryol və 6,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Yanvar-aprel aylarında 426,9 milyon sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 3,3 faiz çoxdur. Sərnişindaşımada 84,9 faiz özəl sektorun payına düşüb. Sərnişinlərin əsas hissəsi (84,9 faiz) avtomobil nəqliyyatı və metro ilə (14,5 faiz) daşınıb.

Dəmiryol nəqliyyatı ilə 6,7 milyon ton müxtəlif yüklər daşınıb ki, bu da 2009-ci ilin yanvar-aprelindən üç faiz çoxdur.

Dəniz nəqliyyatı ilə 3,6 milyon ton müxtəlif yüklər daşınıb. Bu, ötən ilin yanvar-aprel ayında olduğundan 9,9 faiz azdır. Daşınan yüklərin bütün həcmi beynəlxalq əməliyyatların payına düşür. Azərbaycan limanlarında emal olunmuş yüklərin həcmi yanvar-apreldə 3,1 milyon ton təşkil edib ki, bu da ötən ilin analoji dövründəkindən 1,7 dəfə çoxdur.

Avtomobil nəqliyyatı ilə 28,7 milyon ton yük daşınıb. Bu, ötən ilin yanvar-aprel aylarındakından 6,6 faiz çoxdur. Sərnişindaşımanın həcmi 362,6 milyon adam (artım 7,3 faiz) təşkil edib. Sərnişinin 96,6 faizi avtobuslarla, 3,4 faizi minik avtomobilləri ilə daşınıb.

Metropolitenlə sərnişindaşımanın həcmi 62,1 milyon nəfər təşkil edərək 14,9 faiz azalıb.

Yanvar-aprel aylarında hava nəqliyyatı ilə 257,5 min sərnişin daşınıb. Ötən ilin analoji dövründə bu rəqəm 354 min olub. Daşımaların həcminin 22,6 faizi özəl sektorun payına düşüb.

Bu ilin yanvar-aprel aylarında Avrasiya nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən 12,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 8,5 faiz çoxdur. Yanvar-aprel aylarında dəhliz çərçivəsində 50,5 milyon adam daşınıb ki, bu da 2009-cu ilin yanvar-aprel aylarında olduğundan 7,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti