...

Azərbaycan sement klinkerlərinin idxalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2010 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

Yanvar-mart aylarında Azərbaycana 291,3 milyon tona yaxın sement və sement klinkeri idxal olunub ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 4,6 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu dövrdə 15 milyon dollar həcmində sement və sement klinkerləri idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 33,7 faiz azdır.

Yanvar-mart aylarında 128,3 min ton həcmində sement klinkeri idxal olunub ki, bu da ötənilki göstəricidən 1,6 faiz azdır. İdxal olunan klinkerin dəyəri 6,44 milyon dollara yaxın təşkil edib ki, bu da ötənilki göstəricidən 49,4 faiz çoxdur.

Bu dövrdə ölkəyə 163 min ton sement idxal olunub. Bu, 2009-cu ilin yanvar-mart aylarındakı göstəricidən 9 faiz azdır. Bu dövrdə gətirilən sementin dəyəri 8,5 milyon dollar məbləğində olub ki, bu da ötənilki göstəricidən 23,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti