...

Azərbaycan avtobusların idxalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2010 14:34 (UTC +04:00)

Аzərbaycan, Bakı, 18 may /Trend/

Yanvar-mart ayları ərzində Azərbaycana təxminən 10,1 min minik avtomobili gətirilib ki, bu da ötənilki göstəricidən 40,5 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, birinci rübdə idxal olunan minik avtomobillərinin ümumi dəyəri 81,3 milyon dollar təşkil edib. Bu, 2009-cu ilin yanvar-mart aylarındakı göstəricidən 22,8 faiz azdır.

Yanvar-mart ayları ərzində Azərbaycana 990 yük avtomobili idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 61,4 faiz azdır. Ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 21,7 milyon dollar təşkil edib ki, bu da ötənilki göstəricidən 31,2 faiz aşağıdır.

Həmçinin birinci rübdə respublikaya 231 avtobus idxal olunub ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 13,2 faiz çoxdur. Bu dövrdə təxminən 11,6 milyon dollar dəyərində avtobuslar gətirilib ki, bu da ötənilki göstəricidən 6,6 faiz çoxdur.

Yanvar-aprel ayları ərzində Azərbaycana 130 ədəd yük avtomobili gətirilib. Həmçinin ölkəyə 130 minik avtomobili idxal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 4,3 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti