...

İnsan sağlamlığı üçün təhlükəli ət konservləri aşkar edilmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2010 21:07 (UTC +04:00)
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rusiya Federasiyasının “Oryol Produkt” QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 2A ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş 525 qramlıq “Tuşenaya Qovyadina” ət konservlərinin tərkibində toksiki elementlərin normadan artıq olduğu aşkar edilmiş və bununla əlaqədar bu malların idxalçıları olan “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC, “Kompas” MMC və “Şahin” MMC-yə insan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
İnsan sağlamlığı üçün təhlükəli ət konservləri aşkar edilmişdir

Azərbaycan, Bakı,  20 may / Trend /

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rusiya Federasiyasının "Oryol Produkt" QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 2A ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş 525 qramlıq "Tuşenaya Qovyadina" ət konservlərinin tərkibində toksiki elementlərin normadan artıq olduğu aşkar edilmiş və bununla əlaqədar bu malların idxalçıları olan "Şam-Fi İnterneşnl Tredinq Kompani" MMC, "Kompas" MMC və "Şahin" MMC-yə insan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

İndiyədək idxalçılar tərəfindən 1 tona yaxın "Tuşenaya Qovyadina" ət konservlərinin ticarət şəbəkəsindən çıxarılması təmin edilmişdir.
Bundan başqa, Dövlət Xidmətinin nəzarət tədbirləri nəticəsində "Oryol Produkt" QSC-nin istehsalı olan 500 kiloqramdan çox ət konservləri satışdan çıxarılmış, şirkətin müxtəlif tarixlərdə istehsal etdiyi məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir. Laborator müayinələr nəticəsində bu məhsulların da tərkibində toksiki elementlərin miqdarının normadan artıq olduğu müəyyən edilmişdir.

Eyni zamanda, Dövlət Xidməti tərəfindən "Oryol Produkt" QSC-də istehsal olunmuş və ticarət şəbəkələrində satışda olan mal və toyuq ciyərindən hazırlanmış paştetlərin laborator müayinəsi aparılmış və onların tərkibində toksiki elementlərin miqdarının normadan artıq olduğu aşkar olunmuşdur.

Qeyd olunanları nəzərə alaraq, Rusiya Federasiyasının "Oryol Produkt" QSC-nin istehsal etdiyi və Azərbaycana idxal edilən heyvan mənşəli ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin daha da gücləndirilməsi üçün müvafiq dövlət orqanları ilə birlikdə tədbirlər görülür.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "Oryol Produkt" QSC-nin istehsal etdiyi və insan sağlamlığı üçün təhlükə törədə biləcək "Tuşenaya Qovyadina" ət konservlərni almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti