...

Azərbaycanda metalkəsən dəzgahların istehsalı ilə məşğul olan müəssisələrin səhmlərinin satışı üzrə müsabiqə elan edilib.

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2010 15:35 (UTC +04:00)

Аzərbaycan,Bakı, 22 may / Trend,müxbir N.İsmayılova/

Azərbaycan Dövlət Əmlak Komitəsi metalkəsən dəzgahlar istehsal edən "Bakı Dəzgahqayırma" ASC-in səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib, şənbə günü dövlət komitəsindən verilən məlumatda belə deyilir. Müəssisənin səhm paketinin 99,7 faizi satışa qoyulub.

Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri, eləcə də xarici investorlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər investisiya proqramı, yeni texnologiyaların tətbiqi üzrə təkliflər irəli sürməli, məhsul çeşidlərinin artırılması, yeni iş yerlərinin açılması, işçilərin sosial təminatı il bağlı proqram təqdim etməlidirlər. Iddiaçılar dövlət büdcəsinə 600 min manatın verilməsi barədə təkliflər irəli sürməlidirlər.

"Bakı Dəzgahqayırma" metalkəsən dəzgahların istehsalı və onların texnoloji təchizatı ilə məşğul olur.Müəssisə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Y.Hüseynov, 114 ünvanında yerləşir.

Aprelin birinə olan vəziyyətə görə, müəssisənin 101,3 min manat məbləğində borcu var. Bu borcun 58,1 min manatı xammal, xidmətlər və işlərin aparılması, 20,8 min manatı isə əmək haqqına sərf olunub.Müəssisənin debitor borcları 97,66 min manat təşkil edir. Müəssisə 1982-ci ildə istismara verilib.

İddiaçılar müsabiqənin tələbləri, özəl planları ilə tanış ola bilərlər və 2010-cu il 22 iyundan etibarən saat 10:00-dan 17:30- a qədər Bakı şəhəri, Y.Səfərov, 20 ünvanında yerləşən idarədən bu barədə əlavə məlumat əldə edə bilərlər.

Təkliflərə 24 iyun saat 11:00-dan başlayaraq Dövlət Komitəsinin binasında müsabiqənin komissiyası tərəfindən baxılacaq.

Mayın 22-nə rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti