...

DəmirBank "Ən yaxşı korporativ sayt" nominasiyasında NETTY mükafatı ilə təltif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2010 16:27 (UTC +04:00)
Azərbaycanın Milli İnternet Mükafatı NETTY ölkədə informasiya texnologiyaları sahəsində ilk və ən yüksək peşəkar mükafat hesab edilir.
DəmirBank "Ən yaxşı korporativ sayt" nominasiyasında NETTY mükafatı ilə təltif edilib

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycanın Milli İnternet Mükafatı NETTY ölkədə informasiya texnologiyaları sahəsində ilk və ən yüksək peşəkar mükafat hesab edilir. Bu mükafatın məqsədi internet şəbəkəsində milli seqmentin və ümumilikdə İT bazarın inkişafıdır. 2005-ci ildən hər il keçirilən NETTY Milli İnternet Mükafatı dövlət səviyyəsində bir sıra nazirliklər tərəfindən dəstəklənir.

Müsabiqədə iştirak üçün 545 internet sayt təqdim edilib, onlardan isə baxılma və səsvermə prosesində müxtəlif kateqoriyalar (dövlət saytı, korporativ sayt, şəxsi sayt və s.) üzrə Azərbaycanın "ən yaxşı sayt"ları seçilib.

DəmirBankın saytının inkişafı üçün bir çox işlər həyata keçirilib. Bankın Biznesin İnkişafı və Marketinq Departamentinin fəaliyyəti nəticəsində saytda bank və xidmətlər barədə geniş məlumat bazası yaradılıb. "Bizim məqsədlərimizdən biri də saytda bankın fəaliyyətinin şəffaflığının təmin edilməsidir ki, bu da bankın sosial yönümlü strategiyasına uyğundur. Biz hamımız bilirik ki, sayt hazırda geniş ictimaiyyətlə əlaqələr üçün mühüm və effektiv vasitədir. NETTY mükafatı ilə təltif edilməyimiz bizim saytın inkişafı ilə bağlı istəklərimizə uyğundur və biz şadıq ki, bu mükafata layiq görülmüşük", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank-ın internet saytı MEQA şirkətinin proqram təminatı əsasında texniki cəhətdən yenilənib. Həmçinin saytda bütün məlumatlar və funksional imkanlar yenilənib və əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda saytda 3 dildə 225-dən çox səhifə mövcuddur. Bundan əlavə, saytda daim yenilənən xəbərlər bölməsi fəaliyyət göstərir. Saytın istifadəçiləri həmçinin müxtəlif kalkulyatorlardan, valyuta çeviricisindən, onlayn sifariş formasından və sayt vasitəsilə onlayn məlumat xidmətindən istifadə edə bilərlər.

"Azərbaycanda elektron ticarət" layihəsinin tərəfdaşı kimi DəmirBankın saytında 20-dən çox müxtəlif növ xidmətlərin heç bir komissiya olmadan onlayn ödənişləri həyata keçirilir. Ödənişlər Azərbaycanın ilk onlayn ödəniş sistemi olan GoldenPay sistemi əsasında həyata keçirilir və kommunal, mobil və stasionar rabitə, internet-provayder, kabel televiziyası, sığorta və digər xidmətləri əhatə edir.

Saytda geniş məlumat bazası və funksional imkanlar saytın statistik göstəricilərinə də təsir edib. Sayta ümumi ziyarətlərin sayı bu ilin aprel ayında 50155 olub. Bu göstəricilər cari ay ərzində daha da artıb. Hazırda DəmirBankın saytı ölkə banklarının saytları sırasında ən çox baxılan saytlardan biridir.

Xəbər lenti

Xəbər lenti