...

Avstriya şirkətləri Cənubi Qafqaz regionuna marağı artırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2010 14:10 (UTC +04:00)
Vyanada ölkənin Federal Ticarət Palatasının və Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin dəstəyi ilə "İqtisadi və investisiya imkanları" mövzusunda təqdimat keçirilib. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir. Təqdimatda Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin əməkdaşları, biznes-cəmiyyətlərin və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir, N.İsmayılova /

Vyanada ölkənin Federal Ticarət Palatasının və Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin dəstəyi ilə "İqtisadi və investisiya imkanları" mövzusunda təqdimat keçirilib. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir. Təqdimatda Cənubi Qafqaz ölkələrinin Avstriyadakı səfirliklərinin əməkdaşları, biznes-cəmiyyətlərin və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.

Federal Ticarət Palatasının MDB ölkələri üzrə regional direktoru Haynts Valterin sözlərinə görə, Avstriya şirkətlərinin Cənubi Qafqaz ölkələrinə marağı artır. Biznesmenlər xüsusilə müxtəlif xidmət sahələri, kənd təsərrüfatı, alternativ enerji mənbələri, maşınqayırma və tikinti sahələri üzrə fəaliyyət göstərməkdə maraqlıdırlar.

Tədbirdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı şöbəsinin rəhbəri Zaur Qasımov Azərbaycanın bisnes-imkanlarını və ölkənin iqtisadi inkişafı haqda məlumatı təqdim edib.

Görüş iştirakçıları Azərbaycan və Avstriya şirkətləri arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti