...

Azərbaycanın Nəqliyyat Nazirliyi təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə komissiya yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2010 16:54 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətlə əlaqədar komissiya yaradıb.
Azərbaycanın Nəqliyyat Nazirliyi təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə komissiya yaradıb

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın Nəqliyyat Nazirliyi Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətlə əlaqədar komissiya yaradıb. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Komissiya Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun, Azərbaycan Prezidenti İlham Əliyevin 19 may tarixli "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar dövlət komissiyasının yaradılması haqqında" sərəncamının həyata keçirilməsi məqsədilə verdiyi əmrin əsasında yaradılıb.

Komissiya yol-nəqliyyat infrastrukturunun sıradan çıxmış obyektlərinin yenidən qurulması və bərpa edilməsi, dəymiş ziyanın məbləğinin hesablanması və ödənilməsi, həmçinin gələcəkdə bu tip problemlərin ortaya çıxmasının qarşısının alnmasına dair kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılıb. Komissiya yuxarıda göstərilən bəndlərin həyata keçirilməsi üçün vacib olan tədbirlər üzrə təkliflər hazırlamalıdır. Komissiya sədrinin müavini Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovdur.

Xəbər lenti

Xəbər lenti