...

Azərbaycanda idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi üçün İnformasiya Mərkəzi yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2010 18:17 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi üçün İnformasiya Mərkəzi yaradır.
Azərbaycanda idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi üçün İnformasiya Mərkəzi yaradılır

Azərbaycan, Bakı, 25 may /Trend müxbir U.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi üçün İnformasiya Mərkəzi yaradır. Bu barədə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumatında deyilir.

Həmçinin dövlət standartlarının ticarət münasibətlərinə müsbət təsirinin artırılması və normativ sənədlərin mübadiləsi məqsədilə məlumatlar bazası yaradılır.

Məlumatda deyilir ki, Azərbaycanda standartlaşdırma sahəsində informasiya mərkəzinin yaradılması ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması çərçivəsində mühüm bir addımdır.

"Mərkəz yaxın günlərdə istismara veriləcək. Bundan sonra isə ÜTT-nin katibliyinə rəsmi xəbərdarlıq göndəriləcək", - komitənin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti