...

Azərbaycanın bank sisteminin gəliri aprel ayı ərzində təxminən 45 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2010 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir N.İsmayılova/

Aprel ayında Azərbaycanda gəlirlə işləyən bankların sayı 2009-ci ilin aprel ayı ilə müqayisədə 5 bank, bundan əvvəlki ayla müqayisədə isə 1 bank artaraq 34 olub. Bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bank sisteminin ümumi gəliri 2009-cu ilin aprelinə nisbətən demək olar yarıbayarı azalıb və bundan əvvəlki aya nisbətən 44,4 faiz artaraq 55,01 milyon manat təşkil edib.

Zərərlə işləyən bankların sayı mart ayına nisbətən dəyişməz qalıb, keçən ilin aprelinə nisbətən isə 6 bank artıb. Nəticədə 13 bankın zərəri 21,8 milyon manat təşkil edib ki, bu da martdakı göstəricidən 11,5 dəfə çoxdur, ötənilki göstəricini isə 2,8 dəfə üstələyir.

Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilərin ödənilməsindən sonra) milyon manatla:

Dövrlər

Gəlirlə işləyən bankların sayı

Bank sisteminin ümumi gəliri (gəlirli banklar üzrə)

Ziyanla işləyən bankların sayı

Bank sisteminin ümumi zərəri (zərərlə işləyən banklar üzrə)

Yekun gəlir (+) və ya zərər (-)

01-03-2008

35

42,40

10

6,20

36,20

01-03-2009

38

85,57

8

6,59

78,98

01-03-2010

32

49,70

14

19,32

30,38

Azərbaycanda 47 bank fəaliyyət göstərir.

Mayın 26-na olan əsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti