...

Azərbaycanın dəmiryolları qatarların beynəlxalq istiqamətdə hərəkəti üzrə yay rejiminə keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2010 16:54 (UTC +04:00)
Mayın 30-dan etibarən "Azərbaycan Dəmir Yolları" QSC qatarların hərəkətində yay rejiminə keçəcək. Bu barədə çərşənbə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Azərbaycanın dəmiryolları qatarların beynəlxalq istiqamətdə hərəkəti üzrə yay rejiminə keçəcək

Аzərbaycan,Bakı, 26 may /Trend/

Mayın 30-dan etibarən "Azərbaycan Dəmir Yolları" QSC qatarların hərəkətində yay rejiminə keçəcək. Bu barədə çərşənbə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Bakı-Moskva qatarı Bakıdan bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə 19:55-də yola düşəcək. Moskvadan Bakıya qatar bazar, çərşənbə axşamı, cümə axşamı günləri saat 08:20-də çatacaq.

Bakı-Kiyev qatarı Bakıdan çərşənbə axşamı günləri Bakı vaxtı ilə 23:40-da yola düşəcək və bazar ertəsi günləri saat 21:35-də Bakıda olacaq.

Bakı-Xarkov qatarı Bakıdan cümə axşamı günləri Bakı vaxtı ilə saat 23:40-da yola düşəcək, çərşənbə axşamı günləri isə saat 21:35-də Bakıya gələcək.

Bakı-Rostov qatarı bazar ertəsi və şənbə günləri Bakı vaxtı ilə saat 08:20-də Bakıya gələcək, həmin günlərdə də axşam saat 23:40-da geri qayıdacaq.

Bakı-Tümən qatarı "Rusiya Dəmir Yolları" briqadası ilə birlikdə gündəlik işləyəcək. İyunun 3-dən etibarən qatar hər gün Bakı vaxtı ilə saat 02:03-də Bakıda olacaq və hər gün saat 06:20-də Bakıdan yola düşəcək.

Bakı-Sankt Peterburq qatarı çərşənbə günləri Bakı vaxtı ilə saat 23:40-da Bakıdan yola düşəcək və çərşənbə günləri saat 08:20-də Bakıda olacaq.

"Ekspress" Bakı-Mahaçqala qatarının hərəkəti mayın 30-dan etibarən dayandırılacaq. Sonuncu dəfə qatar mayın 28-də hərəkət edəcək. Bu istiqamətdə qatarların hərəkətinin dayandırılması ilə əlaqədar olaraq vaqonlar bazar ertəsi, çərşənbə və cümə günləri Mahaçqala şəhərinə qədər Bakı-Tümən qatarına qoşulacaq.

Bakı-Tbilisi qatarı hər gün işləyəcək. Bakıdan yola düşmə vaxtı saat 22:00, Bakıya çatma vaxtı saat 10:20.

Qatarların tərkibində birbaşa və qoşulmuş vaqonlar olacaq: Bakı-Kiyev - birbaşa Bakı-Simferopol (yalnız yay mövsümündə), Odessa-Bakı və qoşulmuş Dnepropetrovsk-Bakı qatarlarının tərkibində.

Bakı-Tümən - qoşulmuş Samara-Bakı, Ufa-Bakı, Çelyabinsk-Bakı, Saratov-Bakı və birbaşa Novosibirsk-Bakı qatarlarının tərkibində. Qatara həmçinin İjevsk-Bakı, Ulyanovsk-Bakı, Kazan-Bakı əlavə vaqonları qoşulacaq.

Bakı-Sankt Peterburq qatarına Həştərxan-Bakı vaqonu qoşulacaq.

Xəbər lenti

Xəbər lenti