...

Azərbaycan dünya maliyyə böhranından ən az ziyan çəkib – gürcü ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2010 17:19 (UTC +04:00)
Cənubi Qafqaz ölkələri bu dövlətlərdə maliyyə bazarlarının inkişaf etməməsi üzündən dünya maliyyə böhranının nəticələrindən xilas ola bilməyiblər.
Azərbaycan dünya maliyyə böhranından ən az ziyan çəkib – gürcü ekspert

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A.Bədəlova/

Cənubi Qafqaz ölkələri bu dövlətlərdə maliyyə bazarlarının inkişaf etməməsi üzündən dünya maliyyə böhranının nəticələrindən xilas ola bilməyiblər. Bu barədə Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş əməkdaşı Vladimer Papava cümə axşamı Bakıda keçirilən "Regionlararası bank əməkdaşlığı: etibarlı maliyyə gələcəyi" adlı konfransda bildirib.

"Lakin bu ölkələrin iqtisadi vəziyyətində müəyyən fərqlər var və Azərbaycan digər ölkələrlə müqayisədə maliyyə böhranından ən az ziyan çəkib", - Papava deyib. - "Buna iki amil kömək edib - maliyyə sektorunun kifayət qədər inkişaf etməməsi və ölkə iqtisadiyyatında neft-qaz sektorunun hakim mövqe tutmasıdır".

Konfransa bütün Avropa ölkələrinin bank assosiasiyalarının, MDB bank assosiasiyalarının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət hakimiyyəti orqanlarının rəhbərləri dəvət ediliblər.

Tədbir Avropa Bank Federasiyasının (ABF) dəstəyi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunub. Konfransda beynəlxalq əməkdaşlığa mane olan əngəllərin aradan qaldırılması perspektivləri və maliyyə mərkəzlərinin maliyyə-bank sistemlərinin inteqrasiyasındakı rolu müzakirə olunur.

Konfrans başa çatdıqdan sonra mayın 28-də ABF-nin assosiativ üzvlərinin 30-cu iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti