...

Azərbaycanda aqrar bankın yaradılması məsələsi müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2010 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda aqrar bankın yaradılması əsasən "Aqrar-Kredit" qeyr-bank kredit təşkilatının özəlləşdirilməsindən və onun banka çevrilməsindən asılıdır. Bu barədə cümə axşamı "Aqrar-Kredit" qeyr-bank kredit təşkilatının idarə heyətinin sədri Məmməd Musayev bildirib.

"Aqrar bankın yaradılması məsələsi üzrə məsləhətləşmələr Dünya Bankı, IFC, EBRD və digər beynəlxalq maliyyə institutları ilə aparılır", - Musayev deyib.

Onun sözlərinə görə, aqrar bankın yaradılması üzrə qərarı səhmdarlar, o cümlədən Maliyyə Nazirliyi qəbul edəcək.

"Azərbaycanda aqrar sektor üçün ixtisaslaşdırılmış banka tələbat var", - Musayev deyib.

Mayın 1-nə olan vəziyyətə görə, Aqrar-Kreditin kredit portfeli 16 milyon manat və kreditlərin qaytarılması səviyyəsi 97 faiz təşkil edib.

"Aqrar-Kredit ilin sonunadək öz portfelini daha 4,5 milyon manat artırmağı planlaşdırır", - Musayev deyib.

Aqrar-Kreditin əsas səhmdarı Maliyyə Nazirliyidir. O, kredit təşkilatının səhmlərinin 99,9 faizinə sahibdir, yerdə qalanlar isə "Azərsığorta" dövlət sığorta təşkilatı ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC arasında bərabər bölüşdürülüb.

Mayın 27-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti