...

Azərbaycan və Almaniya sosial müdafiə sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsinin yekunları üzrə protokol imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2010 15:16 (UTC +04:00)
Azərbaycan və Almaniyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri bazar ertəsi alman nümayəndə heyətinin Bakıya səfərinin yekunları barədə protokol imzalayacaqlar,bu barədə şənbə günü nazirlikdən yayılan məlumatda deyilir.
Azərbaycan və Almaniya sosial müdafiə sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsinin yekunları üzrə protokol imzalayacaqlar

Аzərbaycan,Bakı, 29 may / Trend,müxbirÜ.İsmayılova/

Azərbaycan və Almaniyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri bazar ertəsi alman nümayəndə heyətinin Bakıya səfərinin yekunları barədə protokol imzalayacaqlar,bu barədə şənbə günü nazirlikdən yayılan məlumatda deyilir.

Protokol Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov və Almaniyanın federal nazirliyinin parlament katibi Ralf Brauksiplə imzalanacaq.

Alman nümayəndə heyətinin Bakıya səfəri mayın 30-dan iyunun birinə qədər təşkil olunacaq, məlumatda deyilir.

Səfər zamanı əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri, əmək qanunvericiliyinin həyata keçirilməsi üçün nəzarət orqanlarının fəaliyyəti, iş axtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı sahəsində təcrübə və qarşlıqlı informasiya mübadiləsinin gerçəkləşdirilməsi məsələləri barədə inkişaf perspektivləri müzakirə olunacaq.

Məlumatda qeyd olunur ki, federal nazirliyin nümayəndə heyəti Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla Heydər Əliyev Fondu, əmək nazirliyinin Bakı regional treyninq mərkəzi, Bakının Yasamal rayonu əhalisinin sosial müdafiəsi mərkəzində görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti