...

Sel nəticəsində Qax - Balakən marşrutu üzrə hərəkət edən qatarın hərəkəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2010 12:52 (UTC +04:00)
Azərbaycanın şimal-qərbində baş vermiş sel nəticəsində Qax - Balakən marşrutu üzrə hərəkət edən qatarın hərəkəti dayandırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Sel nəticəsində Qax - Balakən marşrutu üzrə hərəkət edən qatarın hərəkəti dayandırılıb

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycanın şimal-qərbində baş vermiş sel nəticəsində Qax - Balakən marşrutu üzrə hərəkət edən qatarın hərəkəti dayandırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

"Bakı - Köçərli - Balakən sərnişin qatarı yalnız Qax stansiyasınadək hərəkət edir. Balakəndən olan sərnişinlər Qaxda qatara minə bilərlər", - Əzməmmədov belə deyib.

Qax - Zaqatala yolunun 122-ci kilometrliyində yağan güclü yağışlar nəticəsində, sel suları dörd hissədə 50 metrə yaxın yolu yuyub-aparıb.

Hazırda hadisə yerində QSC-nin infrastruktur departamentinin əməkdaşları çalışırlar. Hadisə yerinə texnika, eləcə də doqquz vaqon çınqıl gətirilib.

Xəbər lenti

Xəbər lenti