...

Azərbaycanda istiqrazların növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2010 15:00 (UTC +04:00)
5 iyul 2010-cu il tarixindən etibarən, Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu»nun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərracı başlanacaq, - bu barədə cümə axşamı Bakı Fond Birjasından yayılan məlumatda deyilir.
Azərbaycanda  istiqrazların  növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Аzərbaycan, Bakı, 1 iyul /Trend/

5 iyul 2010-cu il tarixindən etibarən, Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu"nun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərracı başlanacaq, - bu barədə cümə axşamı Bakı Fond Birjasından yayılan məlumatda deyilir.

Hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. İstiqrazlar 103,4555 qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda, sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

AİF-in istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə 01 fevral 2010-cu il tarixində başlanılmışdır və bu günə kimi 38 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir.

İstiqrazlar əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilmişdir.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 75 000 000 AZN təşkil edir, istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3,25% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.

İyulun 1-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti