...

DəmirBank yeni inzibati binasının inşası üçün layihə-smeta işlərinin hazırlanması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2010 16:47 (UTC +04:00)
Azərbaycan bankı DəmirBank yeni inzibati binasının inşası üçün layihə-smeta işlərinin hazırlanması üzrə şirkətin seçilməsi ilə bağlı tender elan edir və müvafiq təcrübə və imkanlarla şirkətləri iştiraka dəvət edir.
DəmirBank yeni inzibati binasının inşası üçün layihə-smeta işlərinin hazırlanması üzrə tender elan edib

Аzərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan bankı DəmirBank yeni inzibati binasının inşası üçün layihə-smeta işlərinin hazırlanması üzrə şirkətin seçilməsi ilə bağlı tender elan edir və müvafiq təcrübə və imkanlarla şirkətləri iştiraka dəvət edir. Bu barədə cümə axşamı bankdan verilən məlumatda deyilir.

Tenderin məqsədi bankın yeni inzibati binasının inşası üçün layihə-smeta işlərinin hazırlanması üzrə şirkətlərin seçilməsidir.

Tenderdə biznes binalarının ucaldılması üzrə dizayn eskizləri və texniki layihə-smeta işləri sahəsində böyük təcrübə və müvafiq imkanlara malik şirkətlər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək üçün şirkətlər bankın binasının dizayn eskizini 3D formatında işləyib hazırlamalıdırlar. Şirkətlər həmçinin dizayn-eskizlər və layihə-smeta işlərinin hazırlanması üzrə iş nümunələri təqdim etməlidirlər.

Büdcə ilə razılaşmadan sonra tenderin qalibi ilə yeni binanın tikintisi üzrə layihə-smeta işlərinin aparılması üzrə müqavilə bağlanacaq.

Binanın tikintisi, ərazilərin texniki planı və digər əlavə məlumat almaq üçün biznes və marketinq inkişafı departamentinə müraciət etmək lazımdır.

Əlaqə üçün:

Nurlan Hacıyev (tel.: 444 71 71 daxili: 196, e-mail: [email protected])

Anar Hüseynov (tel.: 444 71 71 daxili: 596, e-mail: [email protected]).

Xəbər lenti

Xəbər lenti