...

İyulun 4-dən etibarən "Azərbaycan Dəmir Yolları" QSC cənub istiqamətində qatarların hərəkətini bərpa edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2010 17:25 (UTC +04:00)
İyulun 4-dən etibarən "Azərbaycan Dəmir Yolları" QSC Kür çayında suyun səviyyəsinin artması nəticəsində mayın 9-da hərəkəti dayandırılan Şirvan-Astara marşrutu üzrə qatarların hərəkətini bərpa edəcək.
İyulun 4-dən etibarən "Azərbaycan Dəmir Yolları" QSC cənub istiqamətində qatarların hərəkətini bərpa edəcək

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 4-dən etibarən "Azərbaycan Dəmir Yolları" QSC Kür çayında suyun səviyyəsinin artması nəticəsində mayın 9-da hərəkəti dayandırılan Şirvan-Astara marşrutu üzrə qatarların hərəkətini bərpa edəcək. Bu barədə cümə axşamı QSC-dən yayılan məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bərpa işləri davam etdirilən məntəqələrdə qatarlar sürət limiti ilə hərəkət edəcək.

Beləliklə, №660-672/659-671 Bakı-Astara-Horadiz sərnişin qatarı iyunun 4-də Bakı stansiyasından Astara istiqamətində, iyunun 5-də isə Astaradan Bakı istiqamətində yola düşəcək. Həmçinin, iyulun 6-da Bakı-Astara №616-615 ekspres qatarı Bakıda sərnişin stansiyasından hərəkət edəcək.

Bərpa işləri tamamilə başa çatdıqdan sonra həm sərnişin, həm də yük qatarlarının hərəkətində sürət limiti tamamilə aradan qaldırılacaq.

Azərbaycan Nəqliyyat Nazirliyindən əvvəlcədən məlumat verildiyi kimi, cənub istiqamətində dəmir yollarında bərpa işləri iki-üç ay ərzində tamamilə başa çatdırılacaq.

Ümumilikdə təmir-bərpa işləri çərçivəsində yolun 54-cü kilometrliyində133 metrlik körpünün zədələnmiş tağlarının dəyişdirilməsi, üst quruluş elementlərinin quraşdırılması, 23 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, hər birinin uzunluğu 10,5 metr, diametri 1,78 metr olan 6 ədəd metal borunun qoyulması nəzərdə tutulub.

Həmçinin, 38 kilometr uzunluğunda rabitə, 2 kilometr uzunluğunda siqnal kabellərinin və 8 kilometr məsafədə hava rabitə xəttinin, yıxılmış ağac dirəklərinin dəyişdirilməsi həyata keçiriləcək.

Su səviyyəsinin artması ilə əlaqədar dəmiryolun 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmiryol yatağı beş yerdən yarılıb. Sonradan yarılan yol yatağı xeyli genişlənib, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalıb.

Xəbər lenti

Xəbər lenti