...

"Azer-Turk Bank" ümumi kapitalını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 18:05 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi "Azer-Turk Bank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
"Azer-Turk Bank" ümumi kapitalını genişləndirir

Аzərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi "Azer-Turk Bank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə cümə günü Dövlət Komitəsindən verilən məlumatda deyilir.

Emissiyanın həcmi 990 520 manat, qiymətli kağızların sayı isə hər səhmin nominal dəyəri bir manat olmaqla 990 520 ədəd təşkil edir. Hazırda bankın ümumi kapitalı 10 milyon manat təşkil edir, kapital emissiyasının yerləşdirilməsindən sonra isə 11 milyon manata qədər artırılacaq.

2010-cu ildə təsisçilər gəlirlər hesabına bankın kapitalını artırmaq niyyətindədirlər, həmçinin xüsusi kapital səhmdarların yatırımları hesabına artırılacaq. Bu üsulla ilin sonuna qədər "Azer-Turk Bank"ın ümumi kapitalı 15 milyon manata qədər artacaq.

2009-cu ilin yekunlarına görə, bankın gəliri bir milyon manata yaxın təşkil edib.

"Azer-Turk Bank" 1995-ci il mayın 25-də Türkiyə bankı T.C. Ziraat Bank A.S. və Azərbaycan Aqrar-Sənaye Bankı tərəfindən təsis edilib.

Bank Milli Kart milli prosesinq mərkəzinin həmtəsisçisi və səhmdarıdır.

İyulun 2-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti