...

Bakıda "Flame Tower" istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 14:17 (UTC +04:00)
Parlament binasının yanında yerləşən "Flame Tower" kompleksinin adının mənası Odlar ölkəsi - Azərbaycanın əbədi alovunu simvollaşdırır, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin"Əmlak bazarı" jurnalında nəşr olunmuş məlumatında belə deyilir.
Bakıda "Flame Tower" istismara veriləcək

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Ü.İsmayılova/

Parlament binasının yanında yerləşən "Flame Tower" kompleksinin adının mənası odlar ölkəsi - Azərbaycanın əbədi alovunu simvollaşdırır, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin  "Əmlak bazarı" jurnalında nəşr olunmuş məlumatında belə deyilir.

Üç binadan ibarət olacaq kompleksin ümumi sahəsi 234 500 kvadrat-metr təşkil edir. 33 mərtəbədən ibarət birinci bina, yaşayış binası olmaqla, 130 mənzildən ibarətdir.

İkinci tikili - şimal binası 30 mərtəbədən ibarət olacaq və 250 nömrə ilə mehmanxana kimi fəaliyyət göstərəcək. Üçüncü - Qərb binası 28 mərtəbədən ibarət olacaq və biznes-mərkəz kimi fəaliyyət göstərəcək.

"DIA Holding Azerbaijan" şirkət-podratçıdan verilən məlumata görə, obyektin tikintisi 2007-ci ilin oktyabr ayında başlanıb. Tikinti işlərinin başa çatdırılması 2011-ci ilin aprel ayına nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti