...

Azərbaycanda pirat DVD-disklərin satıcısına qarşı sanksiya tətbiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 17:11 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti DVD-disklərin satıcısına qarşı 1,6 milyon manat məbləğində sanksiya tətbiq edib.
Azərbaycanda pirat DVD-disklərin satıcısına qarşı sanksiya tətbiq olunub

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti DVD-disklərin satıcısına qarşı 1,6 milyon manat məbləğində sanksiya tətbiq edib. Bu barədə Dövlət Xidmətinin cümə günü yayılan məlumatında deyilir.

Dövlət Xidməti tərəfindən Səbail rayonunda yerləşən Jenhui Jenqə məxsus "Hong Kong" mağazasında aparılan yoxlama zamanı aşkar edilmiş 5,7 min ədəd pirat DVD-disk satışdan çıxarılıb və sahibkar Jenq barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Satışdan çıxarılan 5,7 min ədəd pirat DVD-disk qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Xəbər lenti

Xəbər lenti