...

Azərbaycanın kredit ödəmək qabiliyyəti beynəlxalq bazarlarda istiqrazların yerləşdirilməsi üçün vəsaitlərin cəlb edilməsinə imkan verir - Fitch

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2010 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın avrobondları yerləşdirməsi beynəlxalq maliyyə bazarlarındakı vəziyyətdən asılıdr. Bu barədə Trend-ə Fitch Ratings suveren analitik qrupunun kiçik direktoru Andres Klar bildirib.

"Bu, hazırda qeyri-müəyyən olan bazarın vəziyyətindən asılıdır. Bununla belə, mən hesab edirəm ki, Azərbaycan dövləti kredit ödəmək qabiliyyətinin fundamental göstəricilərini nəzərə alaraq beynəlxalq bazarlarda istiqrazların yerləşdirilməsi üçün vəsaitlər cəlb edə bilər", - Klar deyib.

Maliyyə Nazirliyi tərəfindən avroistiqrazların ilk buraxılışının 500 milyon dollar məbləğində olması gözlənilir. Hökumətin menecerləri tərəfindən avrobondların ilk emissiyalarının həyata keçirilməsi üzrə Deutsche Bank AG London və Citigroup Global Markets Limited investisiya bankları seçilib.

Xəbər lenti

Xəbər lenti