...

Azərbaycan Mərkəzi Bankı yeni ekonometrik modellər hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 21:00 (UTC +04:00)
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) tərəfindən makroiqtisadi proseslərin və maliyyə sabitliyinin tədqiqində xüsusi əhəmiyyət kəsb edən yeni ekonometrik modellər işlənib.
Azərbaycan Mərkəzi Bankı yeni ekonometrik modellər hazırlayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir N.ismayılova/

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) tərəfindən makroiqtisadi proseslərin və maliyyə sabitliyinin tədqiqində xüsusi əhəmiyyət kəsb edən yeni ekonometrik modellər (manatın real effektiv valyuta məzənnəsinin tarazlıq səviyyəsi və məzənnə uyğunsuzluğunun qiymətləndirilməsi, manatın məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyətinin qiymətləndirilməsi, daşınmaz əmlak bazarında "köpüyün" proqnozlaşdırılması, inflyasiya, dinamik stoxastik ümümi tarazlıq, məcmu buraxılış kəsiri, pula tələb, makro stress-testləşmə modelləri) işlənib. Bu barədə AMB-nin cümə günü yayılan məlumatında deyilir.

Modellərin iqtisadi təhlildə geniş tətbiqi iqtisadi proseslərin daha dolğun diaqnostikası və proqnozlaşdırılmasının aparılmasında əhəmiyyətli rol oynayacaq.

Bu modellərin metodologiyası qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla, eyni zamanda, milli iqtisadiyyatın xüsusiyyətlərini də nəzərə alır.

Xəbər lenti

Xəbər lenti