...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi respublikada yeni gəmilərin tikilməsi üçün sifariş yerləşdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2010 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul/Trend, müxbir E.İsmayılov/

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (XDG) gələcəkdə gəmiləri Azərbayanda tikilməsinə bu yaxınlarda başlanılan gəmiqayırma müəssisələrindən almaq niyyətindədir. Bu barədə şənbə günü XDG-nın rəhbəri Aydın Bəşirov deyib.

O, onu da qeyd edib ki, xüsusi gəmilərin, xüsusilə də qaz daşıyan gəmilərin (əgər belə gəmilər Azərbaycanda istehsal edilməsə) alınması zamanı sifarişlər ölkənin xaricində də yerləşdirilə bilər.

"Biz əvvəllər yeni gəmiləri xaricdən almağı planlaşdırmışdıq. Lakin indi biz güman edirk ki, yaxın müddətdə Azərbaycanda yeni gəmiqayırma zavodu yaradılacağı təqdirdə, sifarişlər respublikada yerləşdiriləcək və ölkə mənfəət qazanacaq", - Bəşirov qeyd edib.

Xəbər lenti

Xəbər lenti