...

Azərbaycanın sığorta şirkəti avtomobilin sığortalanması üzrə yeni məhsul hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "Atəşgah" bazara avtomobilin sığortalanması üzrə "Arxayın sür" yeni məhsulu təqdim edib. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Atəşgah"ın marketinq xidmətindən alınan məlumat əsasında, avtomobilin sığortalanması üzrə məhsulu işə salmazdan əvvəl, aparılan marketinq tədqiqatları və sığorta hallarının statistikası göstərib ki, əksər sığorta hallarında avtomobilə dəyən ziyanın məbləği 2 000 manatdan 4 000 manatadək təşkil edir. Bu nöqteyi-nəzərdən qənaətcil sürücülər böyük sığorta məbləği əvəzinə, əlverişli, sərfəli, başlıcası, etibarlı sığorta şərtlərini əldə etmək istəyirlər. Bu barədə məlumatda qeyd olunur.

Bu seqmentin müştərilərinə zəruri sığorta ödənişinin alınması üçün "Atəşgah" avtomobilin sığortalanması üzrə xüsusi olaraq yeni məhsul təqdim edib.

"135 və ya 159 manat ödəniş əsasında istənilən avtomobil sahibi öz avtomobilini bir il müddətinə 2 000 manatdan 4 000 manatadaək sığortalaya bilər", - məlumatda vurğulanıb.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ildə yaradılıb, sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyanı isə 1997-ci ilin əvvəlində alıb. Şirkətin səhmdarları "I.S.R. Holding Ltd"dir. O, "Kapital - 2" sığorta qrupuna daxil olan "Norcross" Şirkətinin səhmlərinin 49 faizini alıb. Qalan 30 faiz isə ARDNŞ-ə və "RAN-Eksim" Şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti