...

Azərbaycanın qeyri-neft ixracı bir il ərzində iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 18:37 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi və Avropa İttifaqı tərəfindən "Öz mallarını Aİ-yə necə ixrac etmək olar?" mövzusunda təşkil olunmuş seminarda Azərbaycan sahibkarlarına Aİ-nin GSP+ proqramının imkanları və perspektivləri təqdim olunub.
Azərbaycanın qeyri-neft ixracı bir il ərzində iki dəfə artıb

Аzərbaycan, Bakı, 5 iyul /Trend ,müxbir N.İsmayılova/

İyulun 5-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Avropa İttifaqı tərəfindən "Öz mallarını Aİ-yə necə ixrac etmək olar?" mövzusunda təşkil olunmuş seminarda Azərbaycan sahibkarlarına Aİ-nin GSP+ proqramının imkanları və perspektivləri təqdim olunub.

"Sahibkarların daha çox məlumatlandırılması üçün nazirlik GSP+ proqramının istifadə qaydaları və xüsusiyyətlərinin təqdim olunması ilə bağlı silsilə seminarlar keçirir. Bu tədbirlər ölkənin qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək", - bu barədə nazirlik Aparatının rəhbəri Samir Vəliyev deyib.

"Cari ilin beş ayı ərzində Azərbaycanın ticarət mübadiləsi 10,6 milyard dollar təşkil edib ki, bunun 8,2 milyard dolları ixracın payına, 2,4 milyard dolları isə idxalın payına düşür. Müsbət saldo 6 milyard dollara yaxın təşkil edib", - Vəliyev deyib.

Onun sözlərinə görə, beş ayın yekun nəticələrinə əsasən, qeyri-neft ixracı ötən ilin analoji dövrünə nisbətdə təxminən iki dəfə artıb.

"Biz hesab edirik ki, bu cür tədbirlər gələcəkdə də qeyri-neft ixracının artırılmasına öz müsbət təsirini göstərəcək", - o bildirib.

Bu proqram çərçivəsində nazirlik ölkədə GSP+ proqramı imkanlarının təqdim edilməsi məqsədilə səkkiz seminar keçirib.

Azərbaycan Avropa İttifaqının GSP+ proqramına 2009-cu ilin yanvar ayında qoşulub. Bu, ölkəyə onun iqtisadi imkanlarını genişləndirməyə imkan verən və diversifikasiya strukturu üçün böyük əhəmiyyət kəsb edən Aİ bazarına güzəştli şərtlərlə 7200 növ mal ixrac etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti