...

İyulda Azərbaycanda bələdiyyə torpaqlarının satışı üzrə 200 hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2010 16:52 (UTC +04:00)

Аzərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Ü.İsmayılova/

İyulda Azərbaycanda bələdiyyə torpaqlarının satışı üzrə 200 hərrac və müsabiqə keçirilib. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilən məlumatda deyilir.

Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycanın Abşeron rayonunda 143, Biləsuvarda 2, Lənkəranda 1, Ağdamda 1, Tovuzda 3, Xızıda 2, Bərdədə 3, Şirvanda 1, Ağstafada 5, Yevlaxda 6, Siyəzəndə 2, Şəkidə 3, Göygöldə 4, Masallıda 2, Oğuzda 4, Zaqatalada 3, Gədəbəydə 2, Kürdəmirdə 2, Cəlilabadda1 və Xaçmaz rayonunda 5 hərrac keçiriləcək.

İlin əvvəlindən etibarən Azərbaycanda 65-i fevralda, 35-i martda, 185-i apreldə, 91-i mayda və 115-i iyunda olmaqla, 649 hərrac keçirilib.

2009-cu ildə Azərbaycanda bələdiyyə torpaqlarının satışı üzrə ümumilikdə 685 müsabiqə və hərrac keçirilib. İlk iki hərrac mart ayında Abşeron rayonunda keçirilib. Apreldə 4, mayda 8, iyunda 40, iyulda 13, avqustda 23, sentyabrda 92, oktyabrda 204, noyabrda 209, dekabrda isə 90 hərrac keçirilmişdi.

Azərbaycan Prezidentinin 10 dekabr 2008-ci il tarixli Fərmanına əsasən, yerli özününidarəetmə orqanlarının torpaqları yalnız hərrac vasitəsilə satılır. Onların verilməsi üzrə səlahiyyət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilib. Əvvəllər bu səlahiyyətə bələdiyyələr sahib idilər.

Şəhadətnaməyə görə, mülki və torpaq qanunvericiliyinə əsasən hərracda qalib gələn hüquqi və ya fiziki şəxslərin bələdiyyə torpaqları barədə müqaviləsi 20 gündən gec olmayaraq Dövlət Komitəsinin yerli strukturları ilə bağlanılır.

Xəbər lenti

Xəbər lenti