...

Azərbaycanda 1,1 ton keyfiyyətsiz dondurma aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 18:35 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində Müzəffər Poladova məxsus dondurma istehsalı sahəsində aparılan yoxlama zamanı "Yoloçka", "Eskimo", "Okean", "Beliy parus", "Flaminqos", "Şirvanşahlar" adlı və südlü dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkar edilib.
Azərbaycanda 1,1 ton keyfiyyətsiz dondurma aşkar olunub

Аzərbaycan, Bakı, 8 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində Müzəffər Poladova məxsus dondurma istehsalı sahəsində aparılan yoxlama zamanı "Yoloçka", "Eskimo", "Okean", "Beliy parus", "Flaminqos", "Şirvanşahlar" adlı və südlü dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkar edilib. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Bununla əlaqədar, istehsal sahəsinin anbarında olan 1,1 ton hazır məhsulun satışının dayandırılması və ticarət şəbəkəsinə göndərilmiş dondurmaların geri yığılması, habelə üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 1 tondan çox bükmə materialından istifadənin dayandırılması barədə icrası məcburi göstəriş verilib.

Müayinələr nəticəsində "Flaminqos" adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox, "Yoloçka", "Eskimo", "Okean", "Beliy parus" adlı dondurmalarda isə mezofil-aerob, fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu aşkar edilib.

Bundan başqa, "Flaminqos", "Beliy parus" adlı və südlü dondurmalarda turşuluq, "Yoloçka", "Eskimo" və "Şirvanşahlar" adlı dondurmalarda isə yağın kütlə payı və turşuluq normadan az olub.

Bununla əlaqədar olaraq, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1,1 ton dondurmanın məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti