...

İyunda Azərbaycanda Milli Depozitar Mərkəzdə birja sövdələşmələrinin həcmi 1,7 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir N.İsmayılova/

İyun ərzində Azərbaycan Qiymətli Kağızlar Dövlət Komitəsi yanında Milli Depozitar Mərkəz (MDM) səhmlərin alış-satışı üzrə razılaşdırılan qiymət əsasında 26 milyon manat və nominal dəyər üzrə 25,5 milyon manat məbləğində 660 birja sövdələşməsi qeydə alıb. Bu barədə MDM-in məlumatında deyilir.

İyunda Depozitar Mərkəzdə razılaşdırılan qiymət əsasında 0,5 milyon manat məbləğində 6, əlavə emissiya əsasında razılaşdırılan qiymət üzrə 20,4 milyon manat məbləğində 13 birjadankənar sövdələşmə bağlanılıb. Nominal dəyər üzrə qeydə alınan sövdələşmələrin həcmi, müvafiq olaraq, 0,6 milyon manat və 20,4 milyon manat təşkil edib.

Hazırda MDM-də 3,2 milyard manat həcmində qiymətli kağızlar saxlanılır. Bu göstərici cari ilin əvvəlində 3,3 milyard manat olub.

Tarix

Bağlanan sövdələşmələrin sayı

Qeydə alınan birja sövdələşmələrinin sayı

Qeydə alınan birja sövdələşmələrinin
həcmi

(nominal üzrə manatla)


Qeydə alınan birjadankənar sövdələşmələrin həcmi

(nominal üzrə manatla)

Əlavə emissiyalar üzrə sövdələşmələrin sayı

Əlavə emissiyalar üzrə bağlanan sövdələşmələrin sayı

(nominal üzrə manatla)

01.02.2010

9

194

14 885 319

4

508 188

8

17 915 400

01.03.2010

5

182

5 168 410

23

1 077 138

9

13 228 116

01.04.2010

6

275

10 868 410

21

2 856 659

844

19 173 000

01.05.2010

1

360

341 535

20

1 712 901

16

35 742 089

01.06.2010

3

389

15 217 470

5

3 656 538

25

41 107 846

01.07.2010

3

660

25 495 632

6

593 992

13

20 423 397

İyulun 9-na cari valyuta məzənnəsi 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti