...

Azərbaycanda peşəkar aktuarilərin kəskin qıtlığı müşahidə olunur - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda peşəkar aktuarilərin kəskin qıtlığı müşahidə olunur. Azərbaycan Aktuarilər Assosiasiyasının rəhbəri Bilal Bilalov belə hesab edir. "Sığorta bazarında bu sahədə peşəkarların olmaması səbəbindən ciddi problemlər mövcuddur", - Bilalov deyib.

Azərbaycanda aktuari işinin zəif inkişafı SSRİ-nin digər ölkələri kimi, respublikada fəaliyyətin bu növünə tələbatın olmaması ilə əlaqədardır.

Bilalovun sözlərinə görə, aktuari müstəqil fəaliyyətdir və bu gün yenicə setifikatlaşdırılır. Çünki fəaliyyətin bu növü lisenziyalaşdırılan fəaliyyət növləri sırasında deyil.

"Hətta ölkədə ilk sertifikatlaşdırılmış aktuarilərin meydana çıxmasına baxmayaraq, bu, onların heç də hamısının peşəkar olması demək deyil", - Bilalov hesab edir.

Onun sözlərinə görə, aktuarilərin sertifikatlaşdırılması ilə tərkibinə bu sahə üzrə mütəxəssislərin daxil olduğuı Aktuarilər Assosiasiyasının məşğul olması məqsədəuyğun olardı.

"Azərbaycanda hesablaşmalarda qanunauyğunluğun olması üçün aktuairi fəaliyyətini ciddi şəkildə inkişaf etdirmək lazımdır", - Bilalov hesab edir.

Azərbaycan Aktuariləri Assosiasiyası 2007-ci il mayın 25-də qeydiyyata alınıb. Həmin il iyulun 11-də Müşahidə Şurasının, icraçı direktorun və təftiş komissiyasının ilk seçkiləri keçirilib. Assosiasiyaya ilkin üzvlük haqqı 50 manat məbləğində müəyyən edilib.

Aktuari ölkənin sığorta bazarında qiymətləri və digər amilləri nəzərə almaqla, sığorta növlərinin tariflərini müəyən edən mütəxəssisdir.

Xəbər lenti

Xəbər lenti