...

Azərbaycan banklarında likvidlik və yenidən maliyyələşmə riski ikinci plana keçib - "Fitch Ratings"

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir N.İsmayılova/

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin qiymətləndirməsinə görə, Azərbaycan banklarında likvidlik və yenidən maliyyələşmə riski ikinci plana keçib. Bu barədə Trend-ə "Fitch Ratings"in Moskva ofisinin bank analitik qrupunun direktoru Vladimir Markelov deyib.

Onun sözlərinə görə, bank sektorunda vəziyyətin sabitləşməsində fəal köməyi yüksək xarici borcu olan bəzi bankları yenidən kreditləşdirən Mərkəzi Bank göstərib və bununla da onlara xarici borcları yenidən maliyyələşdirməyə imkan verib.

Agentliyin fikrincə, hazırda likvidlik və yenidən maliyyələşmə riski ikinci plana keçib, çünki bankların xarici borclarının xeyli hissəsi ödənilib, aktivlərin "likvidlik yastığı" isə genişlənib. Bu isə iqtisadiyyatda kreditə tələbatın azalması və böhran şəraitində bankların kreditlər verməsinə nəzarətin gücləndirilməsi ilə əlaqədardır.

Respublika ərazisində bank fəaliyyətinin göstərilməsi üzrə lisenziyaya 47 bank malikdir. 1 iyun 2010-cu il tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının ümumi aktivləri 12,042 milyard manat təşkil edib. Mayda Azərbaycan bank sektorunun kapitallaşması 2046,67 milyon manat olub.

Xəbər lenti

Xəbər lenti