...

İri ABŞ sığortaçısının Azərbaycandakı törəmə şirkəti yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Ü.İsmayılova/

Yanvar-iyun aylarında ABŞ-ın Chartis (AIG Insurance) şirkətinin törəmə şirkəti olan AIG Caspian Insurance sığorta şirkətinin sığorta haqları 35,442 min manatlıq ödəmə ilə 1,05 milyon manat təşkil edib. Bu barədə cümə günü şirkətdən məlumat verilib. Eləcə də bu dövrdə sığortanın könüllü növləri üzrə sığorta haqları 38,442 min manatlıq ödəmə ilə 901,629 min manat təşkil edib. Bu dövrdə şirkət həyat sığortası üzrə xidmət göstərməyib.

İlin birinci yarısında şirkətin sığortanın digər növləri üzrə haqları 901,629 min manat, ödəmələri 38,442 min manat təşkil edib. Eləcə də sığorta haqları şəxsi sığorta üzrə 5,6 min manatlıq ödəmə ilə 6,841 min manat, əmlak sığortası üzrə 32,842 min manatlıq ödənişlə 894,788 min manat, vətəndaş məsuliyyətinin sığortası üzrə ödəmə olmadan 403,505 min manat olub.

Bu dövrdə sığortanın icbari növləri üzrə haqlar 149,013 min manat olub, ilin birinci yarısında xidmətin bu növləri üzrə ödəmələr həyata keçirilməyib.

AIG Caspian Insurance-ın təsisçiləri 51 faizlə Azərbaycan tərəfi və 49 faizlə Chartis-dir. Şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir.

Chartis (AIG Insurance) əmlak və şəxsi sığorta sahəsində iri beynəlxalq təşkilatdır (həyat sığortasından başqa, digər sığortalar), dünyanın 160-dan çox ölkəsində və yurisdiksiyalarında 40 milyondan artıq müştəriyə xidmət edir. 90 illik tarixə, təklif olunan məhsul və xidmətlərin ən geniş spektrlərindən birinə, zərərin tənzimlənməsi və yüksək maliyyə davamlılığı sahəsində geniş təcrübəyə malik olan Chartis həm korporativ müştərilərə, həm də ayrı-ayrı şəxslərə istənilən risklərin əminliklə idarə olunmasında kömək edir.

Xəbər lenti

Xəbər lenti