...

Azərbaycan hökuməti ilə BMT arasında 2011-2015-ci illər üçün İnkişafa Yardım üzrə Çərçivə Sənədi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 18:10 (UTC +04:00)
Cümə günü Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2011-2015-ci illər üçün BMT-nin Azərbaycanda İnkişafa Yardım üzrə Çərçivə Sənədi imzalanıb.
Azərbaycan hökuməti ilə BMT arasında 2011-2015-ci illər üçün İnkişafa Yardım üzrə Çərçivə Sənədi imzalanıb

Cümə günü Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2011-2015-ci illər üçün BMT-nin Azərbaycanda İnkişafa Yardım üzrə Çərçivə Sənədi imzalanıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sənədi Azərbaycan hökuməti tərəfdən Baş nazirin müavini Abid Şərifov, BMT tərəfdən qurumun ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçura imzalayıblar.

Mərasimdə BMT-nin ölkəmizdə həyata keçirdiyi layihələrdən danışılıb, Azərbaycan hökumətinin BMT-nin respublikamızdakı fəaliyyətinə həmişə dəstək verməsi diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti