...

Azərbaycanın "Bank Respublika"sı səhmdarların növbədənkənar iclasını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2010 12:03 (UTC +04:00)
Azərbaycanın "Bank Respublika"sı səhmdarların növbədənkənar iclasını keçirəcək

Аzərbaycan, Bakı, 10 iyul /Trend, müxbir N.İsmayılova/

Avqustun 17-də Azərbaycan bankı "Bank Respublika"nın baş ofisində səhmdarların növbədənkənar iclası keçiriləcək.

İclas zamanı müşahidə şurası üzvlərinin təyin olunması və gündəlikdə duran digər məsələlərə baxılması nəzərdə tutulub.

"Bank Respublika" 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Almaniyanın iki böyük maliyyə təşkilatı - DEG, KfW, SIDT bank qruplarının üzvü, "Sparkassen-Finanzgruppe"ın üzvü daxildir. Bankın səhmdarlar strukturu aşağıdakı kimidir: bankın səhmlərinin 75 faizi Quliyevlər ailəsinə, 16,6 faizi DEG və 8,3 faizi  SİDT-ə aiddir.

"Bank Respublika"nın Bakıda və ölkənin digər regionlarında 34 filialı və şöbələri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti