...

İlin əvvəlindən XONKS sistemi üzrə ödəmələrin maksimum həcmi iyunda olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2010 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir N.İsmayılova/

İyun ərzində milli banklararası iri ödənişlər sistemi (AZİPS) vasitəsilə ödəmələrin həcmi 12 faiz və ya 0,8 mlrd manat - 10,7 mlrd manatadək artıb, - Azərbaycan Mərkəzi Bankından bildiriblər. Mayda bu sistem vasitəsilə ödəmələrin həcmi 6,69 mlrd manat təşkil edib.

İyunda kiçik ödənişlərin klirinq ödəmə sistemi (XONKS) vasitəsilə əməliyyatların həcmi 4,4 faiz artaraq, 527 mln manat təşkil edib. Mayda bu göstərici 505 mln manata çatıb.

İlin əvvəlindən XONKS sistemi üzrə ödəmələrin maksimal həcmi iyunda olub.

Hesabat dövrü ərzində AZİPS sistemi vasitəsilə 31 min ödəmə həyata keçirilib ki, bu da may göstəricisindən 3,3 faiz çoxdur. XONKS sistemi vasitəsilə isə 889 min ödəmə həyata keçirilib ki, bu da müqayisə edilən dövrün göstəricisindən 0,2 faiz azdır.

Ötən ilin dekabrında AZİPS sistemi istifadəçilərinin sayı 49, XONKS ödəmə sistemi istifadəçilərinin sayı isə 53-ə bərabər olub.

İyulun 10-na rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti