...

Astanada Qazaxıstan-Almaniya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2010 16:31 (UTC +04:00)

Аzərbaycan, Bakı, 12 iyul /Trend, müxbir S.Süleymanov/

İyulun 18-də Astanada iki ölkənin iş adamlarının iştirakı ilə Qazaxıstan-Almaniya biznes forumu keçiriləcək. Bu barədə respublikanın Ticarət-Sənaye Palatasından məlumat veriblər.

Məlumata görə, forumda Qazaxıstana birgünlük səfər edəcək AFR kansleri Angela Merkelin iştirakı gözlənilir.

Rəsmi məlumatlara əsasən, Qazaxıstanla Almaniya arasında mal mübadiləsi dünya iqtisadi böhranı ilə əlaqədar olaraq ötən ilin analoji dövrünə nisbətdə 29 faiz aşağı düşüb. AFR və Qazaxıstan arasında qarşılıqlı mal mübadiləsi 2008-ci ilin yekunlarına görə üç milyon dollar səviyyəsində olub.

Almaniya Qazaxıstan bazarına məhsul ixracı üzrə Avropa İttifaqı ölkələri arasında birinci yeri tutur. Alman şirkətləri əməkdaşlıq dövründə Qazaxıstan iqtisadiyyatına 3,5 milyarddan çox kapital qoyublar.

Xəbər lenti

Xəbər lenti