...

Azərbaycanda gömrük sahəsində tətbiq edilən "bir pəncərə" prinsipi özünü doğruldub – DGK rəhbəri Aydın Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2010 18:28 (UTC +04:00)
Azərbaycanda gömrük sahəsində tətbiq edilən "bir pəncərə" prinsipi özünü doğruldub. Azərbaycan Dövlət Gömrük Komitəsi bu sahədə bütün maraqlı tərəflərlə əməkdaşlığa həmişə hazırdır.
Azərbaycanda gömrük sahəsində tətbiq edilən "bir pəncərə" prinsipi özünü doğruldub – DGK rəhbəri Aydın Əliyev

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycanda gömrük sahəsində tətbiq edilən "bir pəncərə" prinsipi özünü doğruldub. Azərbaycan Dövlət Gömrük Komitəsi bu sahədə bütün maraqlı tərəflərlə əməkdaşlığa həmişə hazırdır. "Bir pəncərə" - Azərbaycan təcrübəsinə həsr edilən seminarda Azərbaycan DGK-nın rəhbəri Aydın Əliyev belə deyib.

Seminar Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Asiya regional iqtisadi inkişaf (CAREC) proqramı çərçivəsində keçirilib.

Seminarın işində səkkiz ölkənin, o cümlədən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Çin və Monqolustan nümayəndələri, AİB-in, BMT-nin Asiya və Sakit Okean üzrə sosial-iqtisadi komissiyası və BMT-nin Avropa ölkələri üzrə iqtisadi komissiyasının nümayəndələri iştirak ediblər.

BMT-nin Avropa ölkələri üzrə iqtisadi komissiyasının nümayəndəsi Vircina Kram-Martos deyib ki, "bir pəncərə" məsələsinin tətbiqi Orta Asiya regionu üçün əhəmiyyət kəsb edir.

"Azərbaycan "bir pəncərə"nin tətbiqi sahəsində regionun digər ölkələrini ötüb və ciddi nailiyyətlər əldə edib", - Kram-Martos hesab edir.

Onun sözlərinə görə, Mərkəzi Asiya regionu Qafqaz kimi potensial bazarlardan uzaqlaşdırılıb. Onun fikrincə, ticarətin yaxşılaşdırılması çərçivəsində bütün bu ölkələr regional bazarlara sürətlə qoşulacaqlar və hətta bazarda Avropa ölkələri ilə müqayisədə daha rəqabətqabiliyyətli mallar təqdim edə bilərlər.

"CAREC-in iştirakçı ölkələri gömrük sahəsində Avropa ölkələri ilə əməkdaşlığın inkişafı üçün regional bazarları da inkişaf etdirməlidirlər", - Kram-Martos qeyd edib.

Xəbər lenti

Xəbər lenti