...

Azərbaycan bankı DəmirBank sosial yönümlü fəaliyyətinə görə növbəti beynəlxalq sertifikat alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2010 17:21 (UTC +04:00)
Azərbaycan bankı DəmirBank "Microfinance Information Exchange Market Inc"dən 2010-cu il üçün sosial yönümlü fəaliyyətinə görə "Gümüş" sertfikat alıb.
Azərbaycan bankı DəmirBank sosial yönümlü fəaliyyətinə görə növbəti beynəlxalq sertifikat alıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycan bankı DəmirBank "Microfinance Information Exchange Market Inc"dən 2010-cu il üçün sosial yönümlü fəaliyyətinə görə "Gümüş" sertfikat alıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Mikromaliyyə sektorunun beynəlxalq informasiya provayderi "Microfinance Information Exchange Market Inc" CGAP, Michael & Susan Dell Foundation, Ford Foundation kimi məşhur təşkilatlar tərəfindən yaradılıb. "Microfinance Information Exchange Market Inc" hər il bank və institutların sosial yönümlü mikromaliyyələşməsinin 22 əsas parameti üzrə qiymətləndirməni aparır.

"DəmirBankın bu fəxri sertifikata layiq görülməsi faktorları arasında bankın regionların sosial-iqtisadi inkişafı üzrə müxtəlif işlər görməsini, geniş regional filial şəbəkəsinin olmasını, sahibkarlığın kreditləşməsini, əhalinin geniş kütlələri üçün mikrokredit proqramları həyata keçirməsini, bank xidmətlərinə və maliyyə resurslarına əhali və şirkətlərin daxil olmasının genişlənməsini qeyd etmək olar", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov deyib.

DəmirBank bankın sosial yönümlüyünə böyük əhəmiyyət verən 15 beynəlxalq mikromaliyyələşmə institutları ilə əməkdaşlıq edir və adıçəkilən sertifikatın olması bunun bariz nümunəsidir.

DəmirBank ötən il Azərbaycanda ilk dəfə olaraq "Planet Rating" beynəlxalq reytinq agentliyindən sosial reytinq alıb. DəmirBank sosial yönümlüyünə görə 2009-cu ilin oktyabrında fəxri diploma da layiq görülüb. Bank 2010-cu ilin fevralında "Gənclərin dostu" Milli mükafatı çərçivəsində "Gənclərlə səmərəli fəaliyyət" nominasiyasında fəxri diploma da layiq görülüb.

Ölkənin ilk banklarında olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) fəaliyyətə 1989-cu ildə başlayıb. Bnkın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderlandın Maliyyə İnkişaf Şirkəti (FMO) kimi böyük beynəlxalq maliyyə təşkilatları təmsil olunub.

Xəbər lenti

Xəbər lenti