...

Azərbaycanda qiymətləndirmə fəaliyyəti sahəsində peşəkarlığın artırılması üçün tədbirlər həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Qiymətləndiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Dövlət İqtisad Universiteti və Beynəlxalq Qiymətləndirmə Mərkəzi (İVC) ilə birgə daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyası üzrə kurslar keçirir. Bu barədə cəmiyyətin icra aparatının rəhbəri Amil İsmayılov çərşənbə günü məlumat verib.

"Kursların iyunun 21-25-də keçirilən birinci mərhələsinin dinləyiciləri 20 nəfər olub", - İsmayılov deyib.

Onun sözlərinə görə, kurslar "Müqayisə vasitəsilə əmlakın qiymətləndirilməsi" mövzusunda olub. İyulun 26-30-da keçiriləcək ikinci mərhələ əmlakın məsrəflər üzrə qiymətləndirilməsinə həsr olunacaq. Üçüncü mərhələ əmlakın gəlirlər üzrə qiymətləndirilməsinə həsr olunacaq.

"Azərbaycanda bu kursların təşkili qiymətləndiricilərin peşəkarlığının artmasına kömək edəcək ki, bu da öz növbəsində, girov, eləcə də ipoteka əmlakının daha dəqiq qiymətləndirilməsi üçün şərait yaradacaq, eyni zamanda, resurslardan səmərəli istifadəyə və risklərin azalmasına gətirib çıxaracaq", - İsmayılov qeyd edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1997-ci ildə qeydiyyatdan keçib. Bütün qiymətləndirənləri özündə birləşdirən bu ictimai təşkilat Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanda qiymətləndirmənin fəaliyyəti 1995-ci ildə qəbul edilmiş "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla nizamlanır.

Xəbər lenti

Xəbər lenti