...

Azərbaycan "Rabitəbank"ı kapitalını 3,4 milyon manata qədər artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 15:29 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Rabitəbank" ASC-nin sadə adlı sənədsiz səhmlərinin emissiyasını 3, 368 milyon manat məbləğində qeydə alıb, - çərşənbə günü Bakı Fond Birjasından verilən məlumatda deyilir.
Azərbaycan "Rabitəbank"ı kapitalını 3,4 milyon manata qədər artırıb

Аzərbaycan, Bakı, 14 iyul /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Rabitəbank" ASC-nin sadə adlı sənədsiz səhmlərinin emissiyasını 3, 368 milyon manat məbləğində qeydə alıb, - çərşənbə günü Bakı Fond Birjasından verilən məlumatda deyilir.

Emissiya çərçivəsində hər səhmin nominal dəyəri 20,29 manat olmaqla, 165 988 səhm buraxılıb.

Banka Müşahidə Şurasının sədri, bankın səhmlərinin 86,1 faizinə bilavasitə malik olan Zakir Nuriyev tərəfindən nəzarət olunur.

Beynəlxalq Maliyyə Korporasiyası bankın səhmdarlar sırasına daxil olmasını alqışlayır.

Yaxın günlərdə bank səhmdarlarının strukturunda Beynəlxalq Maliyyə Korporasiyasına qoşulmaqla bağlı dəyişikliklər ola bilər. Korporasiya artıq bankın səhmdarlar sırasına daxil olmasını təsdiq edib.

"Rabitəbank" BMK-nın iştirak paylarını alacağı 5-ci bank olacaq.

Xəbər lenti

Xəbər lenti