...

"Non-life" yığımların həcmi üzrə Azərbaycan sığorta bazarının dəyişməz lideridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ü.İsmayılova/

Yanvar-iyun ayları ərzində Azərbaycanda həyat sığortası üzrə yığımların strukturunda əksər hissəni 136,19 min manatlıq ödənişlə 151,404 min manat məbləğində həyatın sığortalanması üzrə sığorta pulları təşkil edib. Bu barədə çərşənbə günü Azərbaycan Maliyyə Nazirliyindən bildiriblər.

Ölüm hallarının sığortalanması üzrə sığorta pulları 28,46 min manat ödənişlə 69,92 min manat olub.

Həyat sığortası üzrə sığorta pullarının ümumi həcmi 164,65 min manat ödənişlə 221,32 min manat təşkil edib.

"Non-life" sığortanın əsas hissəsi 38,62 milyon manat sığorta pulu ilə və 8,29 milyon manatlıq ödənişlə mülkiyyətin sığortalanmasının payına düşür. Fərdi sığortalanma üzrə 7,52 milyon manatlıq ödənişlə 16,41 milyon manat, vətəndaş məsuliyyəti üzrə 62,36 min manatlıq ödənişlə 5,85 milyon manat, kreditlərin sığortalanması üzrə 182,06 min manatlıq ödənişlə 81,15 min manat sığorta pulu yığılıb.

Digər sığortalar üzrə sığorta pullarının ümumi məbləği 15,82 milyon manatlıq ödənişlə 55,03 milyon manat təşkil edib.

Məcburi sığortalanma növləri üzrə hərbçilərin dövlət fərdi sığortalanması 3,23 milyon manatlıq ödənişlə 6,85 milyon manat, yanğından sığortalanma 35,83 min manatlıq ödənişlə 3,62 milyon manat, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət fərdi sığortalanması 346,71 min manatlıq ödənişlə 2,01 milyon manat, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası 245,35 min manatlıq ödənişlə 1,76 milyon manat, dövlət qulluqçularının sığortalanması isə 7,83 min manatlıq ödənişlə 69,93 min manat səviyyəsində olub.

Məcburi sığorta üzrə sığorta pullarının ümumi məbləği bu müddət ərzində 3,96 milyon manatlıq ödənişlə 14,66 milyon manat olub.

Ölkədə fəaliyyət göstərən bütün şirkətlərin sığorta pullarının məbləği 76,88 milyon manat olub, hesabat dövrü ərzində ödənişlər isə 22,49 milyon manat məbləğində həyata keçirilib. İl ərzində sığorta pullarının ümumi məbləği 3,77 faiz (79,89 milyon manat), ödənişlər isə 8,43 faiz (24,56 milyon manat) azalıb.

İyulun 14-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti