...

IFC-nin krediti Gürcüstanda kiçik biznesin maliyyələşdirilməsi səviyyəsini yüksəldəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 16:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 iyul /Trend, müxbir N.Kirsxaliya/

Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Gürcüstanın "Respublika" bankına kiçik və orta biznesin maliyyələşdirilməsi və iqtisadi artıma yardım üçün 20 milyon dollar həcmində vəsait ayıracaq.

Korporasiyadan Trend-ə bildiriblər ki, bu investisiya məqsədi bankın regionda güclənməsindən, bununla yanaşı, kiçik və orta biznesin maliyyələşdirilməsi yolu ilə iqtisadi artıma dəstəkdən ibarət olan IFC-nin regional strategiyasının bir hissəsidir.

"Respublika" bankı ilə IFC xeyli vaxtdır səmərəli əməkdaşlıq edirlər və son nəticədə bank və maliyyə sektorlarının inkişafına kömək edirlər", - bankın baş direktoru İ.Jiber bildirib.

"IFC-nin maliyyələşdirməsi kiçik və orta müəssisələrin kreditləşdirilməsi imkanlarını artıracaq, çünki kiçik və orta biznes Gürcüstan iqtisadiyyatında və əhalinin işlə təmin olunmasında mühüm yer tutur. Bu maliyyələşdirmə yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma kömək edəcək", - IFC-nin Qafqaz üzrə nümayəndəsi Tomas Lubek deyib.

Xəbər lenti

Xəbər lenti