...

Azərbaycanda ilin birinci yarısında tikinti işlərinin həcmi 22 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ü.İsmayılova/

Yanvar-iyun ayları ərzində Azərbaycanda tikinti işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 22,3 faiz artıb. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Dövlət şirkətlərinin həyata keçirdiyi tikinti işlərinin həcmi ümumi işlərin 29,4 faizini, özəl şirkətlərin  görüdüyü işlər isə 70,6 faizini təşkil edib.

Tikinti işlərinin ümumi həcminin 70,3 faizi ilkin tikintinin, yenidənqurma və genişləndirmənin, 19,7 faiz ümumi təmirin, 5,7 faiz cari təmirin, 4,3 faiz isə digər tikinti işlərinin payına düşüb.

Yanvar-mayda Azərbaycanın tikinti sektoruna 56,5 min nəfər cəlb edilib. Tikinti sektorunda əməkhaqqının nominal səviyyəsi 497,3 manat olub ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 10,7 faiz çoxdur. Dövlət şirkətlərində əməkhaqqı 348,9 manat (il ərzində 5,7 faiz azalmaqla), özəl şirkətlərdə isə 653,9 manat (27,6 faiz artımla) olub.

Böyük və orta tikinti şirkətlərində əməkhaqqının nominal səviyyəsi 530,2 manat təşkil edib. Binaların tikintisi sahəsində əməkhaqqının səviyyəsi il ərzində 17,2 faiz artaraq 539,1 manat, ixtisaslaşmış tikinti sahəsində isə 1,9 faiz artaraq 568,5 manat olub. Mülki istiqamətli tikintilər sahəsində əməkhaqqı 6 faiz azalaraq 309,2 manat təşkil edib.

İyulun 14-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti