...

Azərbaycanda illik inflyasiya 4,9 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.Xəlilova/

2010-cu ilin birinci yarısında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz bahalaşıb. İyunda qiymətlər 0,6 faiz ucuzlaşlaşıb. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Ərzaq malları may ayına nisbətdə 1,1 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiyməti dəyişməz qalıb, xidmət tarifləri isə 0,1 faiz artıb.

2009-cu ilin birinci yarısı ilə müqayisədə ərzaq malları 4,6 faiz, qeyri-ərzaq malları 1,8 faiz, xidmətlər isə 8,1 faiz bahalaşıb.

İyun ayı ərzində düyü, buğda unu 0,1 faiz, balıq məhsulları 1 faiz, tərəvəz 0,4 faiz, yağ və piy 0,3 faiz, ət məhsulları 0,1 faiz ucuzlaşıb. Süd məhsulları pendir və yumurta 1,7 faiz, qənd, cem, bal, şokolad və konfet 0,2 faiz bahalaşıb.

İyunda mal və xidmətlərin çıxılması ilə hesablanan mövsümi dəyişikliklərə uğrayan (meyvə və tərəvəz) istehlak qiymətlərinin bazis indeksi və dövlətin tənzimlədiyi qiymətlər ötən aylarla müqayisədə 0,1 faiz, yanvar-iyunda isə illik hesabatda 2,4 faiz artıb.

Xəbər lenti

Xəbər lenti